Menu

Tramp Maskı görkəmli insan adlandırıb

21.07.2024, 08:39
Tramp Maskı görkəmli insan adlandırıb

ABŞ-nin keçmiş prezidenti Donald Tramp ona qarşı sui-qəsd cəhdindən sonra tərəfdarları ilə ilk görüşündə “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskı görkəmli insan kimi xarakterizə edib.

“Report” xəbər verir ki, bu barədə mühafizəkar media şirkəti RSBN məlumat yayıb.

“O, görkəmli insandır. Mən ona hər dəfə zəng vuranda deyir ki, “mənim raketlə bağlı yeni ideyam var, bunu eşitməlisən”, - deyən Tramp əlavə edib ki, o, Mask ilə həmişə yaxşı münasibətdə olub.

Keçmiş Amerika prezidenti onu da qeyd edib ki, bir neçə il əvvəl “SpaceX” raketlərinin avtomatik olaraq üzən platformaya endirilməsini görəndə çox təsirlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol