Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
"İyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", – hərbi qurumun məlumatında diqqətə çatdırılıb.

Şərhlər
M.Ə.Sabirdən *Bizlər atılan toplara diksinməyiriz?* Ermənilər çarlıqdan saxta ad alandan Rusiyaya qənimət daha geniş Azərbaycan elini daim hərbi-kütləvi soyqırımla işğalına çalışsa da, biz nəinki, Çarlığın, Leninin belə tanıyıb, qəbul etdiyi böyük Azərbaycanı, heç 28 May 1918ci il hüdudlu Azərbaycanımızı qətiyyətlə iddia etmirik?