Menu

ABŞ-də ziyafətdə atışma olub, ölənlər var

21.07.2024, 18:31
ABŞ-də ziyafətdə atışma olub, ölənlər var

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərinin qərbində baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli NBC10 telekanalı ştat polisinə istinadən məlumat yayıb.

Məlumata görə, atışma səhər saatlarında 100-150 qonağın iştirak etdiyi ziyafət zamanı baş verib.

Hadisənin səbəbi məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol