Menu

Xaçmazda avtomobil motosikletlə toqquşub, ölən var

21.07.2024, 20:22
Xaçmazda avtomobil motosikletlə toqquşub, ölən var

Xaçmazda avtomobil motosikletlə toqquşub, ölən var.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Susayqışlaq kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində sonuncunun sürücüsü rayon sakini 1991-ci il təvəllüdlü Əliyev Rəhman Ramazan oğlu aldığı xəsarətlərdən yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol