Menu

“Demokratların 50 ştat üzrə liderləri Harrisi dəstəkləyir” – “Reuters”

22.07.2024, 11:52
“Demokratların 50 ştat üzrə liderləri Harrisi dəstəkləyir” – “Reuters”

Demokratlar Partiyasının 50 ştatdakı liderlərinin hamısı ABŞ-nin vitse-prezidenti Kamala Harrisi partiyanın prezidentliyə namizədi kimi dəstəkləyib.

“AzPolitika” xəbər verir ki, “Reuters” öz mənbələrinə istinadla belə bir məlumat yayıb.

Agentliyin məlumatına görə, Co Bayden prezidentlik yarışında iştirak etməyəcəyini elan etdikdən dərhal sonra bazar günü ştat liderləri onlayn görüşüblər. Agentliyin mənbələri Harrisin partiyanın namizədi kimi "tam dəstək" aldığını iddia edirlər.

Məlum olduğu kimi, rəsmi namizədliklə bağlı yekun qərar Demokratlar Partiyasının avqustun 19-22-də keçirilməsi planlaşdırılan Milli Qurultayında veriləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol