“Hazırda müxtəlif təşəbbüslər var və Rusiya ən azı cəbhə xəttində atəşkəsə nail olmaq üçün yollar axtarır. Onlar aşkar səbəblərə görə davamlı olaraq hücum edə bilmirlər. İtkilər öz sözünü deyir”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış ukraynalı analitik, Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Oleksandr Musienko deyib.

O, həmçinin əlavə edib ki, hazırda Ukrayna Sülh Formulunun həyata keçirilməsi üzrə ümumi əsasların axtarışı aparılır. Ekspertin fikrincə, bu, bu ilin payızında baş tutmalı olan ikinci Sülh Sammitinə hazırlıq fonunda zəruridir: “Ən vacibi odur ki, bu, Ukrayna treki olmalıdır”.

Onun fikrincə, heç də bütün ərazilərin hərbi yolla azad edilmədiyi ssenarini nəzərdən keçirmək olar. Yəni, ərazilərin bir hissəsi Rusiyanın işğalı altında qala və onların gələcəkdə siyasi yollla geri qaytarılması üçün mübarizə aparıla bilər: "Ancaq heç kim bu ərazilərin azad edilməli olduğunu şübhə altına almamalıdır".

“AzPolitika.info”