Menu

Azad olunan ərazilərdə ötən həftə zərərsizləşdirilən mina sayı açıqlanıb

22.07.2024, 14:50
Azad olunan ərazilərdə ötən həftə zərərsizləşdirilən mina sayı açıqlanıb

Azad olunan ərazilərdə iyulun 15-21-də 67 tank əleyhinə mina, 37 piyada əleyhinə mina, 181 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1673.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

Şərhlər

Bəhi konstruktor 2024-07-22 18:09:26

Ötən həftə neçə hektar sahə tədqiq-təmizlənib və hələ neçə hektar yoxlanılcaq sahə qalıb? Nədən, bütün texnika və texnogiya xalqa, mütəxəssislərə geniş açıqlanmadığı halda, bütün dünyadan YARDIM istənilir. Xalqımız tarixən hansı ciddi işə qəti texniki şərtlərlə cəlb edilib, daim yüksək göstəricilərlə də icra edib!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol