Menu

Türkiyə ordusu İraq və Suriyada daha yeddi terrorçu öldürüb

22.07.2024, 16:01
Türkiyə ordusu İraq və Suriyada daha yeddi terrorçu öldürüb

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyatlar keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyatlar nəticəsində İraqın şimalındakı Asos bölgəsində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

Həmçinin, Suriyanın şimalında Fırat Kalkanı və Zeytun budağı bölgələrində PKK/YPG terror qruplaşmasının 4 üzvü zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol