İşğalçı İsrailin ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis ətrafında növbəti dəhşətli qətliam törədib. Xan Yunis bölgəsini bombalaması nəticəsində 49 dinc fələstinli qətlə yetirilib, ən azı 186 nəfər yaralanıb.
Bu barədə anklavın Səhiyyə Nazirliyinin teleqram kanalında məlumat verilib.
“Bazar ertəsi səhər saatlarından etibarən İsrail ordusunun Xan Yunis bölgəsinə hücumları nəticəsində ən azı 49 nəfər ölüb, 186-dan çox yaralı var. Yaralılar Nasser tibb kompleksinə aparılıb”, - qurumdan bildirilib.
“Əl Cəzirə” telekanalının məlumatına görə, işğalçı İsrail ordusunun bombaladığı Xan Yunisin şərq rayonları əvvəllər anklavda humanitar zonalardan biri olub.


Şərhlər
Allah sionistlerin belasını versin