Menu

Demokratlar Harrisin qələbəsinə əmin deyil - Sorğunun nəticələri

23.07.2024, 12:57
Demokratlar Harrisin qələbəsinə əmin deyil - Sorğunun nəticələri

ABŞ-də Co Baydenin əvəzinə vitse-prezident Kamala Harrisin namizədliyinin irəli sürülməsi perspektivinə münasibət birmənalı deyil.

“AzPolitika” xəbər verir ki, “CBS News”-un keçirdiyi sorğunun nəticələrinə görə, Demokratlar Partiyası seçicilərinin 45%-i onların partiyasının seçkidə qalib gəlmək şanslarının indi əhəmiyyətli dərəcədə artdığına inanır. Bununla belə, 10% daha pessimistdir və bu ehtimalın azaldığını hesab edirlər.

Digər 17% vəziyyətin dəyişmədiyinə inanır, 28% isə deyir ki, hər şey demokratların hansı namizədi irəli sürməsindən asılıdır.

Demokratlara səs verəcək seçicilərin təxminən 80%-i Harrisi dəstəkləyir, lakin 20%-i başqasının seçilməli olduğuna inanır.

Bundan öncə CNN qeyd edib ki, Harrisin yeni prezidentliyə namizəd kimi irəli sürülməsi Demokratlar Partiyasının bütün 50 ştat üzrə rəhbərləri tərəfindən dəstəklənib. Demokratlar Partiyası avqustun 7-dək ABŞ prezidentliyinə namizədini seçməyi planlaşdırır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol