Menu

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılacaq

24.07.2024, 00:27
Bu gün  bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılacaq

Bu gün Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılacaq.

"Report"un məlumatına görə, 35/6 kilovoltluq "Karxana" yarımstansiyasından çıxan 6 kilovoltluq 18 saylı elektrik hava xəttinə təhlükə törədən ağac budaqlarının budanması məqsədilə sabah saat 10:00-dan 13:00-dək şəhərin 20 Yanvar, M.Maqomayev və digər küçələrdə elektrik enerjisinin verilişində fasilə olacaq.

Aidiyyəti idarədən bildirilib ki, işlər başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol