Rusiya Müdafiə Nazirliyi “Vaqner” PMC-nin 10 mindən çox keçmiş muzdlu əsgərinə döyüş veteranı sertifikatlarının verilməsini təsdiqləyib.
Qeyd olunur ki, ümumilikdə Vətən Müdafiəçiləri Fondu PMC işçilərinin döyüş veteranı kimi tanınması üçün Müdafiə Nazirliyinə 25 min dəst sənəd təhvil verib.
“Vaqner” özəl hərbi şirkəti və onun təsisçisi Yevgeni Priqojin Ukraynanın işğalında iştirak etmək üçün Rusiyanın koloniyalarında və istintaq təcridxanalarında 50 minə yaxın məhbusu cəlb edib. Baxmut yaxınlığındakı döyüşlərdə ən azı 20 min muzdlu ölüb, onların əksəriyyəti - 17 mini keçmiş məhbus idi.
2023-cü ildə Müdafiə Nazirliyi “Storm Z” bölmələrinə məhbusları cəlb etməyə davam edib.
“AzPolitika.info”


Şərhlər