"MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin Sədri Rəşad Cabirli Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ilə görüşüb.
Rəşad Cabirli "X" sosial səhifəsindəki hesabında yazıb ki, görüş zamanı 82 fərqli ölkədə 179 şöbəsiylə 14000 sahibkarı birləşdirən Türkiyənin ilk iş insanları dərnəyi olan MÜSİAD və Diasporla İş üzrə Dövlət Komitəsi arasında mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı geniş müzakirələr aparılıb. Bu məqsədlə işçi qrupun yaradılması qərara alınıb.
"İnanıram ki, bu görüş Tək Millət olan xalqlarımız (Azərbaycan və Türkiyə) arasında global miqyasda diaspora fəaliyyətlərimiz üçün faydalı olacaqdır. Fuad müəllimə səmimi qəbula və dəstəyə görə təşəkkürümüzü bildiririk", - Rəşad Cabirli qeyd edib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin @DiasporaAz sədri cənab Fuad Muradovla @Fmuradov görüşdük.
— Rashad Jabirli (@jabirli) July 24, 2024
82 fərqli ölkədə 179 şöbəsiylə 14000 sahibkarı birləşdirən Türkiyənin ilk iş insanları dərnəyi olan @MUSIAD və Diasporla İş üzrə Dövlət Komitəsi arasında pic.twitter.com/lgtYtI4x0F


Şərhlər