Menu

Türkiyə ABŞ-yə silah ixrac edəcək

25.07.2024, 13:23
Türkiyə ABŞ-yə silah ixrac edəcək

Türkiyənin ABŞ-yə silah ixrac edəcəyi bildirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin TUSAŞ silah sənayesi şirkətinin baş katibi Mehmet Demiroğlu “TRT Haber”ə müsahibəsində deyib.

O, ABŞ-yə ixrac olunması nəzərdə tutulan silahların nədən ibarət olduğunu açıqlamayıb.

M.Demiroğlu bu istiqamətdə işlərin davam etdiyini diqqətə çatdırıb.

Baş katib Misir tərəfindən Türkiyənin “Hürjet” döyüş təyyarəsinə ciddi maraq göstərildiyini söyləyib.

“Qardaş ölkələrə satışlarımız isə davam edir”, - şirkət rəsmisi vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol