Menu

Bu iki ölkə Ukraynaya “Leopard” tankları göndərəcək

25.07.2024, 13:27
Bu iki ölkə Ukraynaya “Leopard” tankları göndərəcək

Danimarka və Hollandiya yayın sonuna qədər Ukraynaya 14 ədəd “Leopard 2” tankı verəcək.

“AzPolitika” xəbər verir ki, iki ölkə ötən ilin aprelində elan etmişdi ki, onlar tankları üçüncü tərəfdən alıb Ukraynada döyüş əməliyyatları üçün hazırlayacaqlar. Tankların alman silah istehsalçısı “Rheinmetall” tərəfindən tamamilə yenidən dizayn edildiyi və  yayın sonuna qədər Ukraynaya tədarük ediləcəyi bildirilib.

Hollandiya Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib ki, “Leopard 2” tankları Ukraynaya döyüş meydanında üstünlük əldə etməyə kömək edə bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol