Menu

Rusiya könüllülərə “sərvət” ödəməyə başlayıb – Şok rəqəmlər açıqlandı

25.07.2024, 13:59
Rusiya könüllülərə “sərvət” ödəməyə başlayıb – Şok rəqəmlər açıqlandı

İki ildən artıqdır davam edən Ukrayna savaşında hər gün böyük itkilər verən Rusiya ordusunda hərbçi çatışmazlığı yaranmağa başlayıb.

“AzPolitika” “The Telegraph”-a istinadla xəbər verir ki, Kreml son vaxtlar bu çatışmazlığı aradan qaldırmaq üçün cəbhəyə göndərilən könüllülərə külli miqdarda vəsaitlər ödəməyə başlayıb.

Nəşrin məlumatına görə, ximdətdə olan könüllülərə iki ildə təxminən 64 min dollardan artıq vəsait ödənilir ki, bu, Rusiyadakı orta illik əmək haqqından təxminən dörd dəfə çoxdur. Qeyd olunur ki, Rusiya bu proqram vasitəsilə cəbhəyə 25 min hərbçi cəlb etməyi planlayır. Həmçinin bidlirilir ki, Moskva şəhərindən müharibəyə qatılan könüllülərə 1,9 milyon rubl məbləğində birdəfəlik ödəniş də edilir.

Rəsmi məlumatlara görə, Rusiya bu il cəbhəyə 190 min yeni hərbçi cəlb edə bilib. Qərb analitikləri qeyd edirlər ki, bu, Rusiyanın Ukraynada hər gün 1000-ə qədər əsgərinin öldüyü və ya yaralandığı ağır itkilərini kompensasiya etmək üçün kifayət edir. Bununla belə o da bildirilir ki, ötən il bu yolla 490 min hərbçinin döyüşə cəlb edilməsi ilə müqayisədə hazırkı rəqəmlər olduqca aşağıdır.

Müstəqil iqtisadçılar hesab edirlər ki, rus əsgərlərinə ödənişlərin artırılması ölkə iqtisadiyyatında balanssızlığa səbəb ola bilər. Tədqiqatçıların hesablamalarına görə, Rusiya hökuməti 2023-cü ilin iyulundan 2024-cü ilin iyununa qədər əsgərlərə və onların ailələrinə təxminən 3 trilyon rubl və ya 34 milyard dollar pul ödəyib. Bu rəqəm Rusiyanın həmin il üçün gözlənilən ümumi daxili məhsulunun təxminən 1,6 faizinə və federal büdcə xərclərinin təxminən 8 faizinə bərabərdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol