İyun ayında Rusiyada sənaye istehsalının artım tempi təxminən 3 dəfə azalaraq son 15 ayda ən aşağı səviyyəyə düşüb.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın “The Moscow Times” nəşri Rosstatın 24 iyul tarixli hesabatına istinadla məlumat yayıb.
Ay ərzində sənaye illik ifadədə cəmi 1,9% artıb (may ayında 5,3% artımdan sonra) və aydan aya ümumilikdə azalma müşahidə olunub.
Bütövlükdə istehsal sektorunda artım templəri may ayında 9,1%-dən iyunda 4,6%-ə kimi yarıya enib.
Nəşrin yazdığına görə, Ukraynanın ən böyük neftayırma zavodlarına hücumundan sonra neft məhsullarının istehsalı 4,4%, dizel yanacağı 8,1% azalıb.
Xammal sektorunda Rosstat 2023-cü ilin martından bəri ən güclü enişi qeydə alıb: mineral istehsalı 3,1% azalıb. Hindistan, Çin və Türkiyənin alışlarını kəskin azaltmasından sonra kömür hasilatı 3% azalıb. İqtisadiyyatın əsas ixrac malları olan neft və qazla bağlı məlumatlar isə Rusiya statistikasında məxfi kimi təsnif edilib.
“AzPolitika.info”


Şərhlər