Menu

“Qərara gəldim ki...” - Bayden prezidentlik yarışından çəkilmə səbəbini açıqladı

25.07.2024, 17:50
“Qərara gəldim ki...” - Bayden prezidentlik yarışından çəkilmə səbəbini açıqladı

Seçkilərdə namizədliyini geri götürdüyünü açıqlayan ABŞ Prezidenti Co Bayden ilk dəfə vətəndaşlarına müraciət edərək qərarının səbəbini açıqlayıb.

“AzPolitika” xəbər verir ki, Bayden prezidentliyi dövründə göstərdiyi performansla ikinci dəfə də seçilməyə layiq olduğunu deyib:“Buna baxmayaraq heç bir şey, o cümlədən şəxsi ambisiyalarımız demokratiyamızı xilas etməyimizə mane ola bilməz. Ona görə də mən qərara gəldim ki, irəli getmək üçün ən doğru şey məşəli gələcək nəslə ötürməkdir”.

81 yaşlı ABŞ lideri çıxışında vitse-prezident Kamala Harrisi tərifləyib: “Mən gözəl vitse-prezidentimiz Kamala Harrisə təşəkkür etmək istəyirəm. O, təcrübəli və istedadlıdır. Mənim üçün inanılmaz tərəfdaş, ölkəmiz üçün isə inanılmaz bir lider olub. İndi seçim sizindir, Amerika xalqınındır”.

Qeyd edək ki, ABŞ-dəki prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol