Menu

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib

25.07.2024, 23:25
UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib

"Sabah" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) komandası ilə üz-üzə gəlib.

"Report"un məlumatına görə, Macarıstandakı "Varkert" stadionunda baş tutan qarşılaşma Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Bayquşların" heyətində 61-ci dəqiqədə Safranko hesabı açıb. 78-ci dəqiqədə Jesse Sekidika "Sabah"ın üstünlüyünü iki topa çatdırıb. Yekun hesabı isə 88-ci dəqiqədə adını tabloya yazdıran Xəyal Əliyev müəyyənləçdirib.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı 1 həftə sonra Bakıda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol