Menu

Tramp Harrislə debatdan qaçır - “Rəsmi qərar” gözləyir

26.07.2024, 10:51
Tramp Harrislə debatdan qaçır - “Rəsmi qərar” gözləyir

ABŞ-nin keçmiş prezidenti Donald Trampın komandası Demokratlar Partiyasının namizədilə əvvəlcədən planlaşdırılan üzbəüz görüşdən yayınıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bu, o deməkdir ki, Tramp vitse-prezident Kamala Harrisin debat çağırışından yayınaraq, onunla görüşdən qaçıb.

“Bloomberg”-in məlumatına görə, Trampın sözçüsü Stiven Çenq deyib ki, debat planları “demokratlar öz namizədləri ilə bağlı rəsmi qərar vermədikcə tamamlana bilməz”: "Harrislə tədbirlər planlaşdırmaq yersiz olardı, çünki demokratlar fikirlərini dəyişə bilər".

Vitse-prezident Harris Tramp komandasının bu mövqeyini kəskin tənqid edərək, Trampı sözünün üstündə durmamaqda günahlandırıb. Harris öz sosial şəbəkə hesabında yazıb: “Bəs ”istənilən vaxt, istənilən yerdə” - nə oldu?”

Məsələ ondadır ki, Demokratlar rəsmən olmasa da, faktiki olaraq Harrisin namizədliyi ətrafında birləşib və onunla bağlı qərar veriblər. 50 ştatda Demokratların rəhbərləri Harrisi dəstəkləyiblər və məhz onun partiyadan namizəd olaraq irəli sürüləcəyi heç kimdə şübhə doğurmur. Avqustun 7-dək bununla bağlı rəsmi qərar elan olunacaq. Buna baxmayaraq, Trampın komandasının guya Demokratların rəsmi qərarını gözləməsi debatdan yayınmaq üçün bəhanə kimi görünür.

“AzPolitika.info”

Şərhlər

Turan 2024-07-26 14:13:07

Trampın artıq pampers geyinmək vaxtı çatıb

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol