Menu

SƏRDAR CƏLALOĞLU DA GERİ ÇƏKİLDİ – Partiya sədri namizədlikdən imtinasını belə əsaslandırdı

26.07.2024, 20:27
SƏRDAR CƏLALOĞLU DA GERİ ÇƏKİLDİ – Partiya sədri namizədlikdən imtinasını belə əsaslandırdı

Bu gün ADP sədri Sərdar Cəlaloğlu 01 sentyabr 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizəd olduğu 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən namizədliyini geri çəkməsi ilə bağlı qərar qəbul edib.

ADP mətbuat xidmətindən “AzPolitika.info”-ya daxil olan açıqlamada S.Cəlaloğlu qərarını belə əsaslandırır:

ADP tərəfindən namizədliyimin irəli sürüldüyü 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən olan seçicilərin gözləntilərinə seçiləcəyim təqdirdə indiki xarici və daxili şərtlərdə cavab verə bilməyəcəyimi və bunun da milli maraqlara uyğun olmayacağını nəzərə alaraq, partiya rəhbər strukturlarının razılığı əsasında seçkilərin bundan sonrakı mərhələsində iştirak etməkdən imtina ilə bağlı qərar verirəm. Seçkilərdə iştirak edən partiyanın digər üzvlərinə isə uğurlar arzulayıram.”

Xatırladaq ki, S.Cəlaloğlundan əvvəl bir sıra partiya sədrləri, o cümlədən İqbal Ağazadə, Sabir Rüstəmxanlı, İsa Qəmbər, İlyas İsmayılov və digərləri seçkidə iştirakdan imtina ediblər.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-08-01 01:20:14

---Məşədi Cəmil də deputatlıqdan geri çəkildi.---O niyə ayə?---Heeç.Bir az malı-qarası vardı,adını qoydular qulaq. ---Nə? ---Qulaq.Qulaqlıyıb dedilər sən bizə qoşulma.

Bakili 2024-07-26 23:25:28

Hee, eybi yoxdur, sen secilenleri sonradan tengid edersen, vecniy muxalifetci gal sen))))

Eldeniz 2024-07-26 20:20:39

Vallah ne meseledirse partiya sedrlerine seckide namizedliyini ireli surenlere veto qoyulub deyesen .hec kjmin tanimadigi yeni namizedler nece istrak edecek bu prosesde onu da zaman gosterecek ?

Mubariz 2024-07-26 19:54:15

Deyilənə görə partiyanın icarəyə götürdüyü binanın plana düşdüyünə görə xeyli maddi vəsait əldə olunb .Geri çəkilməyəcəyi təqdirdə hesablaşma qaçılmaz olacaqdır .Zatən onu heç kim seçəsi deyildi

miri 2024-07-26 18:59:05

"İndıkı daxili və xarici şərtlərdə seçicilərin tələblərinə cavab verə bilməyən" partiya sədrinin üzvləri neçə "cavab verəcək"?

Senan 2024-07-26 17:48:02

Həəə bu başqa məsələ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol