Menu

Makron Olimpiya Oyunlarının açılış mərasimində fitə basılıb - VİDEO

27.07.2024, 20:30
Makron Olimpiya Oyunlarının açılış mərasimində fitə basılıb - VİDEO

Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində tamaşaçılar tərəfindən fitə basılıb.

"Report"un məlumatına görə, bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.

Siyasətçi qeyd edib ki, “hətta müəyyən auditoriya” Makronun gəlişindən açıq-aydın narazılığını ifadə edib, buna görə də “o, hətta çaşıb qalıb”.

Filippo öz paylaşımına Fransa liderinin çıxışı zamanı fit və qışqırıqların eşidildiyi qısa videonu əlavə edib. Onun sözlərinə görə, bu fraqment efirdə kəsilib, siyasətçi görüntünün yayılmasına çağırış edib.

Xatırladaq ki, iyulun 26-da Parisdə Olimpiya Oyunları açılışı olub.

Şərhlər

Bəhlul Danəndəsiz 2024-07-28 11:54:19

Cayılları adətən fitlə salamlayırlar. 1921ci ildə Azərbaycanı 136 min kv km ərazisi qeyd etmiş Fransanın, 1713-1795də Urmiyadan xaçla şimala köçənlərin Çarlığın (edamdan) gizləmək üçün saxtaca *erməni* adlandırdığı qrupun de-fakto *Qreqori* anti-katolik qruplaşmasının törəmələri olmasını bilməməsi Bizim, Rus və Sovet tarixçiləri ilə günahlarımızdır? Sovet Ensiklopediyasında *qreqori*an müəllifləri özləri yazıb, təsdiqləyiblər. Saxta *erməni*, həqiqi terrorçu *qreqori*lər Qafqaza ilk dəfə 1911-1795ci illərdə köç etmiş, dini muxtarlıq almış və Hərbi ANTANTAnın təklifi ilə iflas Rusiya Ermənistana izn alıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol