Menu

"Hizbullah" və Livanla genişmiqyaslı müharibə yaxınlaşıb" - İsrail XİN

28.07.2024, 00:06
"Hizbullah" və Livanla genişmiqyaslı müharibə yaxınlaşıb" - İsrail XİN

"İsrail "Hizbullah" və Livanla genişmiqyaslı müharibəyə yaxınlaşıb".

“Report” xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Kats ölkə televiziyasının 12-ci kanalının efirində Holan yüksəkliklərində Məcdəl-Şəmsin atəşə tutulmasından sonra deyib.

"Məcdəl-Şəmsin atəşə tutulması, mülki şəxslərə və uşaqlara zərər verilməsi bütün qırmızı xətlər keçir, buna müvafiq reaksiya olacaq. “Hizbullah” və Livanla genişmiqyaslı müharibə anına yaxınlaşırıq", - o deyib.

Onun sözlərinə görə, uşaqlar da daxil olmaqla azı 10 mülki şəxsin ölümü ilə nəticələnən bu hadisə bütün qırmızı xətləri keçir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol