Menu

Ukraynada hərbi maşınları yandıran 6 nəfər tutulub

29.07.2024, 14:34
Ukraynada hərbi maşınları yandıran 6 nəfər tutulub

Odessada Ukrayna ordusuna məxsus hərbi təyinatlı avtomobilləri yandıran 6 nəfərlik cinayətkar dəstə zərərsizləşdirilib.

APA-nın “unian“a istinadən xəbərinə görə, bu barədə məlumatı adı çəkilən ölkənin Təhlükəsizlik Xidməti yayıb.

Bildirilib ki, iki həftə ərazində onların analoji əməli 15-dən çox avtomobilə qarşı törətdiyi ortaya çıxıb. Onlar törətdikləri əməli videokamera vasitəsilə qeydə alaraq, Rusiya tərəfinə təqdim etməkdə də təqsirləndirilir.

Ukraynanın cinayət qanunvericiliyinə əsasən, onları 8 ilədək həbs cəzası gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol