119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş politoloq Elxan Şahinoğlunun namizədliyi qeydə alınmayıb.
"AzPolitika" xəbər verir ki, bu barədə onun özü bildirib.
"Namizədliyimi qeydə almadılar. Qanuna görə imzalar 7 gün ərzində yoxlanıb cavab verilməli idi. Yeddinci gün, iş gününün bitiminə 30 dəqiqə qalmış zəng edib qeydə alınmadığımı bildirdilər. 3 gün ərzində 500 imza toplamışdıq", - politoloq "Facebook" səhifəsində yazıb.
E. Şahinoğlu ona inanan və dəsətk verən seçicilərinə təşəkkür edib.
Qeyd edək ki, 119 saylı Seçki Dairəsindən VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev namizədliyini irəli sürüb. Daha əvvəllki 3 seçkidə B.Əliyev 118 saylı Ağdam Seçki Dairəsindən mandat alıb.
Rasim
"AzPolitika.info"

Şərhlər
Hörmətli politoloq. Bilmirdiniz ki, bu məmləkətdə hər şey hakimiyyətinicazəsi ilə edilə bilər? Əgər bilib etmisinizsə, çox pis. Bilməyib etmisinizsə , deməli daxili siyasət mətbəxindən xəbər sizsiniz. Bu halda isə region və dünya siyasətinə aid fikirlər deməyiniz yersiz olacaq. Cünki evin içindəki siyasəti dərk etməyənin daha uzaq siyasi prosesləri təhlil və analizi qeyri məntiqi olar. Odur çəkilən bu yoldan.
Üzrlü hesab et qardaş. Sədərək meyvə bazarına səni qəbul etmədilər