Menu

Daşkəsəndə mikroavtobus aşıb, xəsarət alanlar var

30.07.2024, 00:09
Daşkəsəndə mikroavtobus aşıb, xəsarət alanlar var

Daşkəsən rayonunun Bayan kəndində şirkətlərdən birinə məxsus mikroavtobus aşıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobus minik avtomobilinlə toqquşduqdan sonra idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, mikroavtobus rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol