Ukraynada müharibə gələn il də davam edəcək. Kiyevə əlavə olaraq təxminən 15 milyard dollar lazımdır.
“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın Maliyyə naziri Sergey Marçenko “BBC”-yə müsahibəsində deyib: "İndi biz tərəfdaşlarımızla davamlı olaraq müzakirə edirik ki, bizə əlavə maliyyə təminatı lazımdır, çünki müharibə 2025-ci ildə davam edəcək və “maliyyə buferinə” ehtiyacımız var".
Onun sözlərinə görə, 2025-ci il üçün əlavə ehtiyaclar 12-15 milyard dollar həcmində qiymətləndirilir. Eyni zamanda o, qeyd edib ki, Ukrayna daxildə vergiləri artırır və bu, Kiyevin töhfəsini qeyri-kafi hesab edən tərəfdaşlara və tənqidçilərə siqnaldır.
Baş nazir Denis Şmıqal isə bundan öncə demişdi ki, Ukraynanın dövlət büdcəsinin xərcləri gəlirlərini xeyli üstələyir, ona görə də Ukraynanın beynəlxalq tərəfdaşların maliyyə dəstəyinə ciddi ehtiyacı var.
“AzPolitika.info”


Şərhlər