İsmayıl Haniyənin qisasını almaq İranın borcudur.
“Report” xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamənei deyib.
Onun sözlərinə görə, bunun səbəbi İsmayıl Haniyənin İran torpaqlarında şəhid olmasıdır: “Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı”.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.


Şərhlər
İsrail İran prezidentinin inaqurssiyasina gəlmiş qonağı onun paytaxtında bombalayıb məhv etməklə İranın üzünə tüpürdü. İndi sən Xamneyi həzrətləri Haniyeni bir tərəfə qoy ölkənin ləyaqətinin təhqir olunmasından danış. Heç nə də edə bilməyəcəksən. Blef edirsən. Əvvəllərdə Qisas deyirdin. Noldu. Niyə etmədin...