Menu

ABŞ Ukraynaya yardım etməyə borcludurmu? - Amerikalılar iki cəbhəyə bölünüb

31.07.2024, 14:19
ABŞ Ukraynaya yardım etməyə borcludurmu? - Amerikalılar iki cəbhəyə bölünüb

Amerikalıların 48%-i ABŞ-nin Rusiya təcavüzünə qarşı Ukraynaya kömək etməyə borclu olduğunu düşünürkən, 49%-i əmindir ki, onların ölkəsi bunu etməməlidir. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, “Pew Research Center” Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələri bunu göstərir.

Nəticələrə görə, ABŞ-dəki respublikaçıların əksəriyyəti (62%) hesab edir ki, Birləşmiş Ştatların Ukraynaya Rusiyanın işğalından müdafiədə kömək etmək öhdəliyi yoxdur.

Demokratların və demokratlara meylli müstəqil seçicilərin isə təxminən üçdə ikisi (63%) ABŞ-nin belə bir məsuliyyət daşıdığını deyir. Respublikaçılarınsa yalnız 36%-i eyni fikirdədir.

Eyni zamanda, amerikalıların 29%-i ABŞ-nin Ukraynaya həddən artıq çox yardım etdiyini, 26%-i isə lazım olan qədər yardım etdiyini bildirib. Təxminən on nəfərdən ikisi (19%) hesab edir ki, ABŞ Ukraynaya kifayət qədər dəstək vermir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol