"İran HAMAS lideri İsmayıl Haniyənin terror aktı nəticəsində qətlə yetirilməsinə cavab olaraq İsrailə qarşı xüsusi hərbi əməliyyat keçirməyə hazırlaşır".
APA-nın “Tasnim” agentliyinə istinadən məlumatına görə, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəsmi açıqlamasında bildirilib.
Bu arada adı çəkilən ölkənin Qum şəhərindəki məscidin üzərində İranda qisas rəmzi kimi qəbul edilən qırmızı bayraq qaldırılıb. Qeyd edək ki, sonuncu dəfə analoji aksiya İnqilab Keşikçiləri Korpusunun “Qüds” qanadının komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü münasibətilə keçirilən mərasimdə keçirilib.


Şərhlər
İran,sənmi keçirəcəksən xüsusi hərbi əməliyyatı?Özünüzü 7 oktyabrdan bu yana onsuz da lap biabır etmisiniz islam aləmidə,heç olmasa susun daha.Hələ də düşünürsünüz ki heç kəs bilmirmi sizlərin ABŞ və Fransanın əmmaməli agentləri olduğunuzu?İsmayıl Haniyəni özünüz öldürtdürüb özünüz də bunun qisasını alacaqsınızmı?Oturun oturduğunuz yerdə,hiyləgər maskalarınızla.