Menu

"Xamenei İrana İsrailə birbaşa zərbələr endirmək əmri verib" - NYT

31.07.2024, 23:35
"Xamenei İrana İsrailə birbaşa zərbələr endirmək əmri verib" - NYT

İranın Ali Rəhbəri Əli Xamenei Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbələr endirmək əmri verib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

“İranın Ali Rəhbəri ayətullah Əli Xamenei Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İrana İsrailə birbaşa zərbələr endirmək əmri verib”, – qəzet əmr barədə məlumatlı üç İran rəsmisinə istinadla bildirib.

Məlumata görə, Xamenei əmri İranın Haniyənin öldürüldüyünü elan etməsindən qısa müddət sonra çərşənbə günü səhər İran Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında verib. İkisi “Sepah” üzvü olmaqla məlumatı qəzetə ötürən şəxslər “ictimaiyyət qarşısında çıxış etmək səlahiyyəti olmadığı üçün adlarının açıqlanmamasını istəyiblər”.

Şərhlər

dadaşyev 2024-08-01 09:55:25

Birbaşa zərbə nə deməkdir?Demək etiraf edirsən ki,bir neçə ay əvvəl İsrailə atdığın raketlər həqiqətən də birbaşa yox,dolayısıyla atılmışdı,eləmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol