Menu

Rusiya daha bir kəndi işğal edib – Strateji əhəmiyyətli şəhərə yaxınlaşır

01.08.2024, 10:36
Rusiya daha bir kəndi işğal edib – Strateji əhəmiyyətli şəhərə yaxınlaşır

Rusiya ordusu Ukraynanın şərqində ləng də olsa, irəliləyir.

“AzPolitika” xəbər verir ki, “DeepState” portalının yaydığı məlumata görə, işğalçı qüvvələr Timofeyevka kəndini ələ keçirib. Bu kənd Donetsk vilayətində yerləşir.

Qeyd olunur ki, bu kənddən Ukrayna üçün strateji əhəmiyyətli şəhər olan Pokrovska qədər olan məsafə təxminən 31 km-dir. Hələlik, bu xəbər rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Həmçinin, Rusiya qoşunlarının Donetsk vilayətindəki Krasnoqorovka, Panteleymonovka, İvanovka, Jelannı, Veseloye yaxınlığında da irəlilədiyi xəbər verilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol