Ötən gün İranın paytaxtı Tehran şəhərində qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyənin hücuma məruz qaldığı iqamətgahın görüntüləri yayılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “New York Times” nəşri məlumat yayıb.
Məlumata görə, hücum zamanı Haniyə Tehranın şimalındakı Zəfəraniyyə rayonuna dağlıq bir bölgədə SEPAH veteranları üçün nəzərdə tutulan 6 mərtəbəli iqamətgahda olub.
Paylaşılan fotoda binanın bir küncünün zədələndiyi və yaşıl parça ilə örtüldüyünü görmək mümkündür.
“AzPolitika.info”




Şərhlər