Menu

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

01.08.2024, 21:23
Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) Bakıda həbs edilib.

"Report" xəbər verir ki, Oleq Kravivin bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib.

İdarənin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol