"Hizbullah" İsrailə raket hücumuna başlayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat və görüntülər yayıb.

Qeyd olunur ki, "Hizbullah" İsrailə onlarla raket atıb. Bu, "Hizbullah"ın son 48 saat ərzində həyata keçirdiyi ilk hücum olub.

İsrailin Dəmir Günbəz havadan müdafiə sistemi raketlərin əksəriyyətini vurub.