Menu

Rusiya Ukraynaya ən böyük dron hücumlarından birini edib - Bütün dronlar havada vurulub

02.08.2024, 11:10
Rusiya Ukraynaya ən böyük dron hücumlarından birini edib - Bütün dronlar havada vurulub

Rusiya İran dronları ilə Ukraynaya ən böyük hücumlardan birini edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələri dünən gecə saatlarında Rusiyanın atdığı İran istehsalı olan 89 ədəd "Şahid" dronunun hamısını vurub.

Məlumata görə, bu, son 7 ayda Rusiya tərəfindən İran dronları ilə Ukraynaya ən böyük hücumlardan biri olub.

Bildirilib ki, Rusiya ordusunun əsasən Kiyev bölgəsinin hədəfə aldığı hücumda insan itkisinin və dağıntıların olub-olmaması bəlli deyil.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol