Venesuela Prezidenti Nikolas Maduro ABŞ dövlət katibi Entoni Blinkenin ölkəsində keçirilən prezident seçkiləri ilə bağlı açıqlamalarına münasibət bildirib.
“AzPolitika” xəbər verir ki, Maduro ABŞ dövlət katibinə xəbərdarlıq edərək, Blinkenin Venesuelanın daxili işlərinə qarışmamalı olduğunu qeyd edib.
“Burnunuzu daxili işlərimizə soxmayın. ABŞ Venesuelada başqa dövlət başçısı olduğunu söyləyir. ABŞ Venesuelanın daxili işlərinə qarışmamalıdır”, - deyə o bildirib.
Xatırladaq ki, Blinken bundan əvvəl verdiyi müsahibələrin birində Venesuela hakimiyyətinin elan etdiyi seçki nəticələrinin xalqın iradəsini əks etdirmədiyini vurğulamışdı.
“AzPolitika.info”


Şərhlər