Hizbullah qüvvələri Livan ərazisindən İsrailə intensiv raket hücumu həyata keçirib.
“AzPolitika” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, sözügedən hücumun ardından İsrailin müxtəlif şəhələrindən həyacan siqanalı verilib.
İsrail ordusundan verilən açıqlamada da ölkənin şimalındakı bəzi bölgələrə atılan raketlərə görə həyəcan siqnalı verildiyi bildirilib.
Hücumla bağlı təfərrüat verilməsə də, sosial mediada İsrailin hava hücumundan müdafiə sistemlərinin Qalileyanın qərbindəki bir bölgədə aktivləşdiyini göstərən görüntülər paylaşılıb.
“AzPolitika.info”


Şərhlər