Menu

Ukraynanı daha 700 min nəfər tərk edəcək – Səbəb açıqlandı

02.08.2024, 18:15
Ukraynanı daha 700 min nəfər tərk edəcək – Səbəb açıqlandı

2024-2025-ci illərdə Ukrayna əhalisinin xaricə növbəti axını gözlənilir. Bu rəqəmin 700 min nəfərə yaxın olacağı (müvafiq olaraq, təxminən 400 və 300 min nəfər) proqnozlaşdırılır.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının inflyasiya hesabatında deyilir.

Hesabatı hazırlayanlar bu proqnozu verərkən, uzun müddət elektrik enerjisi təminatının kəsilməsi ilə müşayiət olunan və qış mövsümü üçün riskləri artıran Ukrayna enerji sisteminin əhəmiyyətli dərəcədə zədələnməsini nəzərə alıblar. Son aylar Rusiyanın Ukrayna enerji sektoruna vurduğu ziyan səbəbindən aprel ayı ilə müqayisədə ukraynalıların köç proqnozu xeyli pisləşib.

Hesabatda qeyd edildiyi kimi, gündəlik çətinliklərlə yanaşı, elektrik təminatı səbəbilə tez-tez baş verən dayanmalar istehsal proseslərinə mənfi təsir göstərir ki, bu da iqtisadi aktivliyi və işçi qüvvəsinə tələbatı kəskin azaldır, miqrasiyanı daha da artırır.

Bundan əlavə, miqrasiya yüksək təhlükəsizlik riskləri səbəbindən iqtisadi şəraitin ləng şəkildə normallaşması ilə nəticələnəcək. Gözlənilir ki, miqrantların Ukraynaya qayıdışı 2026-cı ildə başlayacaq və tədricən (ildə təxminən 400 min nəfər) həyata keçiriləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol