Rusiya rəhbərliyi həyasızcasına keçmiş SSRİ respublikalarını Ukraynanın acı taleyi ilə hədələməkdə davam edir.
“AzPolitika” xəbər verir ki, Rusiyanın sabiq Prezidenti və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bu dəfə Moldovanı hədələyib. O, deyib ki, “Moldova Ukraynanın taleyini bölüşməmək üçün tarixlə oynamamalıdır”.
Buna səbəb Moldova parlamentinin spikeri İqor Qrosunun Moldovada müharibədən sonrakı 1946-1947-ci illər aclığının soyqırım kimi tanınması fikridir. Medvedev öz sosial şəbəkə hesabında yazıb: “Ukraynada 2006-cı ildə “Qolodomor nağılları”nın müvafiq qanun şəklində rəsmiləşdirilməsindən 2014-cü ildə ilk nasist batalyonunun, sonra isə Azov alayının və briqadasının yaradılmasına qədər olan yol 10 ildən az vaxt çəkdi. Bütün bunlar bir zəncirin halqalarıdır – ölkənin faşistləşdirilməsi və cəmiyyətdə nifrət mühitinin yaradılması. Hər şey tarixlə “oynamaqdan” irəli gəlir. Yeni bir müharibə ilə nəticələnməmək üçün onunla düşüncəsiz oynamamalısınız! Yoxsa Moldova doğrudanmı Ukraynanın taleyini bölüşmək istəyir?”
Xatırladaq ki, Moldova hakimiyyəti Moskvanı ölkədə dövlət çevrilişi etmək cəhdində ittiham edib.
“AzPolitika.info”

Şərhlər
Alkaş xəstə.