Menu

“Azərbaycan Avropada Rusiya qazını sıxışdırır” – Ukrayna mətbuatı

02.08.2024, 18:46
“Azərbaycan Avropada Rusiya qazını sıxışdırır” – Ukrayna mətbuatı

Azərbaycanın Avropaya təbii qaz nəqlinin artması Ukrayna mətbuatının nəzərindən qaçmayıb.

“AzPolitika” xəbər verir ki, Ukrayna nəşrləri “İnterfaks”a istinadla yazıblar ki, Avropanın daha bir ölkəsi Azərbaycan qazını almağa başlayıb. “Ukrainskaya Pravda” Azərbaycan dövlət neft şirkəti SOCAR-ın Sloveniyaya qaz nəqlinə başladığını qeyd edərək, yazıb: “SOCAR-ın məlumatında deyilir ki, təchizat bu il iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarının ən böyük şirkəti olan “Geoplin” arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq həyata keçirilir. Sloveniya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyaya qoşularaq Azərbaycan qazını alan 9-cu ölkə oldu. 2023-cü ildə Azərbaycan qazının ixracı 5,3 faiz artaraq 23,8 milyard kubmetr, Azərbaycan qazının Avropaya tədarükü isə həmin ildə 3,5 faiz artaraq 11,8 milyard kubmetr olub. 2024-cü ildə Azərbaycanın 25 milyard kubmetr, o cümlədən 13 milyard kubmetri Avropaya olmaqla qaz ixrac edəcəyi gözlənilir. Xatırladaq ki, əvvəllər “Geoplin”in Rusiyanın “Qazprom” şirkəti ilə müqavilələri var idi”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol