Menu

"Bu gün bizim niyyətimiz fəxri ad almaq deyil" - Xalq artisti Rasim Balayev

02.08.2024, 19:52
"Bu gün bizim niyyətimiz fəxri ad almaq deyil" - Xalq artisti Rasim Balayev

Fəxri ad məsələsi başqa ölkələrdə məna kəsb eləmir.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.

Xalq artisti sözügedən məsələsi qardaş Türkiyə ilə müqayisə edib.

“Türkiyədə mənə sual verdilər ki, bu nədir? Bu adlar nəyə gərəkdir? Mən birtəhər izah etdim. Cavabında dedilər ki, bizdə iki qisim sənətçi var: zəngin və yoxsul. Əgər adam çox filmə çəkilirsə, zəngindir, çəkilmirsə, deyil. Dediyim odur ki, bu gün bizim niyyətimiz ad almaq deyil. Xeyr. Bu bir Sovet stimulu idi. Bizim məqsədimiz indi bu deyil və olmamalıdır”,- o əlavə edib.

İttifaq sədri Azərbaycan filmində son illərdə baş verən durğunluğa təəssüf hissi ilə toxunub: “Bu zaman içərisində bəzən müəyyən fəxri ad alan şəxsləri, təəssüf ki, sonralar heç bir filmdə, layihədə görə bilmirik. Onda biz çətin vəziyyətə düşürük”.

Şərhlər

Vəli 2024-08-02 23:16:58

Ey kinomuzun Babəki, Nəsimisi. Xəbərin varmı ölkədə yazıçı deyilən zümrədən ortada bir Kəramətdur ki, 3-4 il bundan qabaq ziyalı adlandırdığınız atası belə az qala ondan üz döndərirdi... Köhnələr 20-30 ildir tükənib və ya tükədikib. Yenilər isə boğulur və ya köhnələr boğur...

Hünər 2024-08-02 23:09:49

Abi Türkiyədə Elza Seyidin cananı kimi şer yazıb TV yə çıxıb millətin ... ... nə fəxri ad vermirlər nə də təpəsinin ortasına kül olmuş yazıçılar birliyinə üzv etmək azmış kimi yedikləri ....canı dildən müdafiə etməklə yerdə qalan bütün qalan YAZIÇILARIN üzünə tüpürüb ....hörmətinə endirmirlər.

Tahir 2024-08-02 23:02:38

Rəhmətliyin oğlu, aldığını almısan. Daha sənin almadığın qalıb ki, ona da niyyət eləyəsən? Bizdə heç kim ol amma bəlli yollarla fəxri ad aldınmı ən debil biri olsan da (faktiki əksəriyyət belədir) zorla da olsa hörmət tələb edəcəksən. Hətta fəxri adı olmayanı baltalaya da bilərsən və sənin fəxri adın varsa ən azı deyərlər ya baltanın ağzı kəsmirdi, ya da voobşe balta oyuncaq balta idi.. və sair. Odur ki, ən yaxşısı gələcəkdən yox indidən danış...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol