Menu

“Məhbus mübadiləsi Ukraynada sülhü tezləşdirməyəcək” – Sallivan

03.08.2024, 17:40
“Məhbus mübadiləsi Ukraynada sülhü tezləşdirməyəcək” – Sallivan

Məlum olduğu kimi, ötən gün Rusiya ilə Qərb ölkələri arasında böyük məhbus mübadiləsi aparılıb. Bir çoxları bu mübadilənin Qərblə Rusiya arasında nisbi normallaşma kimi dəyərləndirsələr də, reallıqda bunun əlamətləri görünmür.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ administrasiyası bu mübadilənin Ukraynadakı müharibədə sülhün əldə olunmasına təsir edəcəyi fikirlərinə optimist yanaşmır.

“Əsirlərin dəyişdirilməsi Ukraynada müharibənin sona yaxınlaşmasına kömək etməyəcək”. “Bild” xəbər verir ki, bunu ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. “Bizim nöqteyi-nəzərimizə görə, onlar (danışıqlar) müxtəlif istiqamətlərdə gedir”, - deyə Sallivan jurnalistlərin məhbus mübadiləsinin müharibəni bitirmək üçün diplomatik səylərə kömək edib-etməyəcəyinə dair sualına cavab verib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol