Menu

ABŞ səfirliyi vətəndaşları Livanı istənilən biletlə tərk etməyə çağırıb

03.08.2024, 18:24
ABŞ səfirliyi vətəndaşları Livanı istənilən biletlə tərk etməyə çağırıb

Bir neçə aviaşirkət Livandan uçuşları təxirə salıb, lakin hələ də adı çəkilən ölkədən bəzi istiqamətlərə təyyarə reysləri mövcuddur. Vətəndaşlarımızı istənilən reys üzrə bu ölkəni tərk etməyə çağırırıq.

APA xəbər verir ki, bu barədə ABŞ-nin Beyrutdakı Səfirliyi “X” hesabında paylaşım edib.

O da qeyd edilib ki, təhlükəsizliklərinin təminatı üçün ABŞ vətəndaşları Livandan çıxmaq məqsədilə bütün mövcud imkanlardan istifadə etməlidirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol