Menu

"Filippinlə hərbi əməkdaşlığı dərinləşdirmək niyyətindəyik" - Almaniyanın müdafiə naziri

04.08.2024, 15:23
"Filippinlə hərbi əməkdaşlığı dərinləşdirmək niyyətindəyik" - Almaniyanın müdafiə naziri

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Filippinlə hərbi əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu söyləyib.

Bu barədə "Report" DPA agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, qaydalar və məqsədlər 2024-cü ilin sonu, bəlkə də oktyabr ayına qədər hərbi-siyasi sazişdə göstərilməlidir.

"Biz silahlanma sahəsində daha sıx əməkdaşlıq etmək istəyirik. Buraya, məsələn, hava hücumundan müdafiə, sahil müdafiəsi və bəlkə də nəqliyyat təyyarələrinin alınması sahəsində qarşılıqlı əlaqə daxil ola bilər", - Pistorius Manilada filipinli həmkarı Gilberto Teodoro ilə danışıqlardan sonra deyib.

Nazir qeyd edib ki, bundan əvvəl hərbi hazırlıq sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Şərhlər

Oxucu. 2024-08-04 18:15:17

Bu anqlo-sakslar bu almanları hərliyib,fırlayb gətirəcəklər rusla üz-üzə,özləri isə ikici düya müharibəsində olduğu kimi qələbəyə şərik olacaqlar amma budəfə heç kim üçün qələbə bə yaxud qalibiyyət yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol