Menu

İsrail ordusu məktəbləri bombalayıb - Azı 30 nəfər qətlə yetirilib

04.08.2024, 21:56
İsrail ordusu məktəbləri bombalayıb - Azı 30 nəfər qətlə yetirilib

İşğalçı İsrail ordusunu  aviasiyası Qəzza zolağında iki məktəbin ərazisini bombalayıb.

Bu barədə “TASS" xəbər verir.

Qeyd olunub ki, içğalçı İsrail rejimi dinc insanların məskunlaşdığı Həsən Salameh və Nasser məktəblərinə aviazərbələr endirib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun terror hücumu nəticəsində dinc insanlar həlak olub. 

Təhsil müəssisələrinin binalar dağıdılıb. İşğaçı ordu məktəbdəki körpələri belə qətlə yetirib. 

“Əl-Cəzirə” kanalı bildirib ki, İsrailin Qəzzada məktəb ərazisinə endirdiyi zərbələr nəticəsində azı 30 nəfər dinc sakin həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol