Menu

İran İsraildən qisas almaq niyyətindən dönməyib - “Wall Street Journal”

05.08.2024, 00:17
İran İsraildən qisas almaq niyyətindən dönməyib - “Wall Street Journal”

İran HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibətini yumşaltmaqdan imtina edib və İsraildən qisas almaq niyyətindədir.

APA xəbər verir ki, bu haqda məlumatı “Wall Street Journal” öz mənbələrə istinadən yayıb.

Qəzetin mənbələri bildiriblər ki, ABŞ, öz müttəfiqlərindən vəziyyəti gərginləşdirməmək üçün İrana xəbər göndərməyi xahiş edib.

ABŞ rəsmiləri düşünürlər ki, İranın bu məsələdə təmkin nümayiş etdirəcəyi təqdirdə yeni prezidentin Qərb ölkələri ilə əlaqələri yaxşılaşdırmaq səyləri daha çox şans qazanacaq.

Şərhlər

dadaşyev 2024-08-05 00:55:31

"ABŞ rəsmiləri düşünürlər ki, İranın bu məsələdə təmkin nümayiş etdirəcəyi təqdirdə yeni prezidentin Qərb ölkələri ilə əlaqələri yaxşılaşdırmaq səyləri daha çox şans qazanacaq." Baxın,ilk baxışda guya rüşvət təklif edir ABŞ.Yəni sən İsraildən qisas almasan əvəzində Qərblə münasibətlərini düzəldəcəyəm.Yəni guya ABŞ qorxur İranın nələrsə edə biləcəyindən.Əslində isə bu təklif ona görə edilmişdir ki,ABŞ İranın dondurulmuş milyardlarından daha bir qismini yaxınlarda İrana qaytarsa,İranın üzərindən bəzi sanksyaları götürsə bəşəriyyət deməsin xeyirdimi,hesab etsin ki İran İsraili vurmaq məsələsində dərinə getmədiyi üçün və ya yumşaq vurduğu üçün ABŞ onu mükafatlandırıb,daha heç kimin ağlına gəlməsin ki Haniyəni öldürdüyü üçün ABŞ-ın İrana verdiyi “killer puludu” o.Keçən oktyabrda HƏMAS-ı İsrailə soxdurduğu üçün ABŞ İranın milyardlarla dollarlarını əvvəlcədən İrana qaytarmışdı haa,bax onnan.Halbuki İran istəsə də İsraili bərk vura bilməz,vura bildiyi yumşaq vurmaqdı,bacardığı odu yəni,onu da qorxa-qorxa vurar,koordinatları İsrailə irəlicədən verməklə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol