Rusiyanın Rostov vilayətindəki Morozovsk avibazasına edilən hücumun nəticələri məlum olub.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda avibazaya edilən hücumun nəticələrini əks etdirən peyk görüntüləri yer alıb. Qeyd olunub ki, hücum nəticəsində Rusiya ordusuna məxsus 1 ədəd Su-34 döyüş təyyarəsi məhv edilib, daha ikisi isə zədələnib.
Həmçinin o da qeyd olunub ki, hücum zamanı aviabazadakı sursat anbarları dağıdılıb, digər bina və anqarlara isə ziyan dəyib.
"AzPolitika.info"





Şərhlər