Menu

Rusiyada daha bir general həbs olundu - Əhmədovla birgə büdcə vəsaitlərini mənimsəyib

05.08.2024, 17:11
Rusiyada daha bir general həbs olundu - Əhmədovla birgə büdcə vəsaitlərini mənimsəyib

Rusiya Federasiyası Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini, general-mayor Vladimir Şesterov saxlanılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıblar.

Digər rəsmi məlumata görə isə Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi FTX-nin əməliyyat dəstəyi ilə Müdafiə Nazirliyinin, eləcə də “Patriot” parkı və sərgi mərkəzinin vəzifəli şəxslərinə qarşı dələduzluq maddəsi ilə cinayət işini araşdırır.

Cinayət işi çərçivəsində Şesterov və “Patriot” parkının direktoru Vyaçeslav Əhmədov saxlanılıb. General barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. İstintaqın tələbi ilə məhkəmə artıq Əhmədovu həbs edib.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər əlbir olaraq “Patriot” parkının və konqres-sərgi mərkəzinin fəaliyyəti üçün ayrılmış büdcə vəsaitlərinin oğurlanmasında iştirak ediblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol