Ukraynanın bir gün əvvəl müttəfiqlərindən aldığı “F-16” təyyarələri Rusiya raketlərini məhv etməyə kömək edəcək.
“AzPolitika” xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi ekspert Aleksandr Kovalenko Ukrayna mətbuatına açıqlamasında deyib.
Bununla yanaşı, ekspert qeyd edib ki, “F-16”-ların başqa vəzifələri də olacaq: “Onlar səs sürətindən aşağı sürəti olan qanadlı raket kimi vasitələrlə mübarizə aparacaqlar. Yəni, “X-101/555”-i, “Kalibr”-i tutmaq üçün olduqca əlverişlidirlər”.
O, həmçinin əlavə edib ki, “F-16”-lar Rusiyanın uzaq mənzilli “Şahed-136” PUA-larına qarşı döyüşmək qabiliyyətinə malikdir. Lakin bu məsələdə müəyyən risklər var.
Eyni zamanda, hərbi ekspertin fikrincə, Ukrayna Silahlı Qüvvələri Rusiya aviasiyasını məhv etmək üçün Qərb qırıcılarından istifadə edə bilər.
“AzPolitika.info”


Şərhlər